Türkiyədə terrora qarşı əməliyyatda tələbələr saxlanıb

Doğan Xəbər Agentliyinin məlumatına görə, polisin uzunmüddətli təqibindən sonra bu gün səhər tezdən keçirilən əməliyyatda kürd təmayüllü Demokratik Toplum Partiyası Konya vilayət təşkilatının sədri və çoxu universitet tələbəsi olan 12 adam polis nəzarətinə alınıb. Saxlananlar “Terrora dəstək verməkdə” günahlandırılır.

Həmin əməliyyat çərçivəsində polis İstanbul və Antalyada da eyni ittihamla 6 nəfər saxlayıb.