Qazaxıstan prezidenti qaz kəməri razılaşmasını ratifikasiya edib

Qazaxıstan prezidenti Türkmənistan və Rusiya ilə qaz kəməri razılaşmasını ratifikasiya edib. Prezident Nursultran Nazarbayev mayın 13-də «Prikaspiski» kəmərinin tikintisi ilə bağlı qanuna imza atıb.

Üç ölkənin prezidenti kəmərlə bağlı ilkin razılaşmanı hələ 2 il əvvəl Türkmənistanda imzalayıblar.

Qaz kəməri Xəzər dənizinin şimal-şərq sahili boyu keçəcək və hər il Rusiyaya 20 milyard kub metr qaz ötürəcək.