«Sony» şirkəti 1 milyard dollar pul itirib

Yaponiyanın «Sony» şirkəti 1 milyard dollar ziyana düşdüyünü açıqlayıb. Bu son 14 ildə ilk gəlir itkisidir.

Nəhəng elektronika şirkəti olan «Sony» bildirib ki, buna səbəb iqtisadiyyatın zəif olması, milli valyuta – iyenin güclü olması və investisiyaların itirilməsidir.

Şirkət növbəti maliyyə ilində də itkilərin olacağını istisna etməyib.

«Sony» şirkətindən əvvəl Yaponiyanın «Toyota Motor» və «Hitaçi Ltd.» şirkətləri də böyük itkilər verdiyini açıqlayıb.