ATƏT Gürcüstandakı müşahidəçiləriylə bağlı danışıqlardan çəkilir

ATƏT Gürcüstanda müşahidəçilərini yerləşdirməklə bağlı apardıqları danışıqları dayandırır. ATƏT-dən Mara Marinaki bu gün bildirib ki, Rusiya və maraqlı tərəflərlə aparılan 5 aylıq danışıqlardan sonra fasilə eləmək və əldə nəticələri gözdən keçirmək istəyirlər.

1992-ci ildən ATƏT Gürcüstan və separatçı bölgələri arasındakı təmas xətində monitorinqlər aparırdı. Monitoriqn missiyasının səlahiyyətləri 2008-ci ilin mayında başa çatmışdı. Gürcüstanla müharibədən sonra Rusiya missiyanın fəaliyyətinin davam etdirilməsinə razılıq vermədiyindən danışıqlar başlanmışdı.

Hal hazırda Gürcüstanda olan 20 ATƏT müşahidəçisinin səlahiyyətləri də iyunun sonunda bitəcək.