İran əsilli Amerika jurnalisti Roksana Sabiri İranı tərk edib. Onun vəkili Əbdülsəməd Xürrəmşahi deyib ki, 32 yaşlı ikili vətəndaşlığı olan jurnalist Avropaya gedib. Lakin jurnalistin dəqiq olaraq hansı ölkəyə getdiyini deməyib.
Sabiri Amerikaya casusluqda ittiham olunaraq 8 il həbs cəzası almışdı. Ancaq bazar ertəsi Appelyasiya məhkəməsi onun həbs cəzasını iki il şərti cəza ilə əvəz etdi və onu həbsdən buraxdı. ABŞ Sabirinin azad edilməsini alqışlayıb.