Türkmənistanda iki minə yaxın məhbus azad ediləcək

Türkmənistan amnistiyaya düşmüş 29-u əcnəbi olan min yeddi yüz nəfəri azad edəcək. Bu bəyanat ölkə prezidenti Kurbankulu Berdimuhammedov tərəfindən verilib. Amnistiyanın başqa təfərrüatları açıqlanmayıb. Ölkədə nə qədər adamın həbsxanda olması barədə də məlumat yoxdur.

Türkmənistan hə il minlərlə məhbusu azad edir. İnsan haqları müdafiəçiləri hesab edirlər ki, bu gözdən pərdə asmaq üçündür