Moldovada ailə dağılması rekorda çatır

Moldovada ailələrin dağılması son onillərdə ən yüksək səviyyəyə çatıb. Yerli ekspertlər bunun səbəbini əsasən ölkədən miqrasiyanın güclənməsində görürlər.

Kişinyovdakı ailə üzrə ekspert Tatyana Buyanova bildirir ki, indi Moldovada ailələrin birgə yaşaması çox ciddi bir sınağa çevrilib.

Məlumata görə Moldovanın 4.5 milyon nəfərlik əhalisinin 25 %-ə qədər iş dalınca ölkəni tərk edib.