Beynəlxalq Valyuta Fondu Serbiyaya krediti artırıb

Beynəlxalq Valyuta Fondu Serbiya krediti artıraraq təxminən 4 milyard dollara çatdırıb.

Fondun məlumatına görə bu təxminən Serbiyanın daxili məhsulunun 10 faizi deməkdir.

Beynəlxalq Valyuta Fondu deyir ki, qlobal iqtisadi böhran Serbiyaya gözlənildiyindən çox təsir edib.