ABŞ ATƏT-in Gürcüstandakı missiyasının taleyindən narahatdır

Birləşmiş Ştatlar ATƏT-in Gürcüstandakı missiyasının mandatıyla bağlı danışıqların nəticə verməməsindən təəssüflənib.

Dövlət Departamenti Rusiyanı danışıqların dalana dirənməsilə nəticələnmiş mövqeinə yenidən baxmağa çağırıb.

Moskva Rusiya-Gürcüstan münaqişəsindən sonra ATƏT-in müşahidəçilərinin Gürcüstanda fəaliyyətinə yenidən baxılmasını tələb edir.

Missiyanın mandatı bitdiyindən müşahidəçilər iyunun sonunadək Gürcüstanı tərk etməlidir.