Netanyağu Vaşinqtona gedir

İsrailin baş naziri Benyamin Netanyağu bu gün Birləşmiş Ştatlara gedir.

Onun bazar ertəsi ABŞ prezidenti Barak Obamayla aparacağı danışıqlarda əsasən İsrail-Fələstin münaqişəsinin həlli yolları və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunmalıdır.

İsrailin müdafiə naziri Ehud Barak bu arada yaxın 3 il ərzində fələstinlilərlə sülh müqaviləsi imzalanacağına ümidlə yanaşdığını bəyan edib.

Baş nazir Benyamin Netanyağu isə eç vaxt İsraillə yanaşı müstəqil Fələstin dövləti yaradılması ideyasını dəstəkləməyib.