Britaniya parlamentindəki icmalar palatasının sədri istefaya gedir

Britaniya parlamentindəki icmalar palatasının sədri Maykl Martin istefaya gedir.

Buna səbəb hökumət üzvləri və deputatlara həddən artıq kompensasiya verilməsi ətrafında yaranmış qalmaqaldır.

63 yaşlı Martin parlamentdə çıxış edərkən iyunun 21-də bu vəzifədən gedəcəyini bəyan edib.