...Düzünü söyləyimmi? Bakının marşrut avtobuslarının içində mənim bir xoşladığım var! Hə, etiraz səslərini eşidirəm a...Səbrinizi basın. Söhbətin hansından getdiyini özünüz tapmalısınız. Demək, hər dəfə ona oturanda, sanki xatirələr marşrutuna minirəm. Bu dəfə də belə oldu. Soyuq bir gün idi. Ləzzətlə çıxdım xatirələr pəncərəsindən boylanmağa...Avtobus Cəfər Cabbarlı küçəsindən üzüaşağı düşməyə başladı. Sağda «Nizami» metrosu, solda «Azad qadın» heykəli. Hər dəfə buradan keçəndə, əvvəlcə Məhəmməd Əmin bəyi, sonra Mehdi Hüseynzadəni xatırlayıram. Sağ tərəf ikisinin də ata-baba evləri olub. Sol tərəf mənə İzzət xanım Orucovanı (kinoda Sevili oynadığına görə Azad qadının simvolu sayılırdı), həm də abidənin yaradıcısını - Fuad Əbdürrəhmanovu yad etmək şansı verir. Azca aşağı düşmək kifayətdir ki, Bakının ilk beşmərtəbəsinin gözəlliyinə dalasan və sağa baxıb Füzuli babaya «bir salam verəsən»...
Yuxularımın məskəni Beşmərtəbə...
Avtobus sağa dönüb, üzüyuxarı çıxmağa başlayır. Sağda Azdrama, solda həkimlər evi, sonra Bakı milyonçularından olan Hacı Hacağanın 3 mərtəbəli malikanəsi. Dayan! Mən burada uzun illər yaşamışam. Hacının at saxladığı 1-ci mərtəbədə ev almaq üçün sovetlər dönəmində illərlə növbəyə durmaq lazım gəlib...Bura həm də mənim yuxularımın məskənidir. Artıq çoxdan köçsək də, hər gecə bura «gəlirəm», başqasının evi olduğunu bilə-bilə mənzilə girirəm, orda yaşayıram, amma heç kəs məni görmür...qonşular sanki qeyb olublar, ağlayıram, köhnə qonşuları çağırıram, nə ölülər, nə dirilər məni eşidirlər...
Bu şəhərdə mənim heç kəsim yox...
Hə, sağda Azdrama...hər gün qarşılaşdığım ünlü aktyorlar gəlib dururlar gözümün
önündə: Hökumə Qurbanova, qızı Vəfa xanım, Həsən Turabov, Nəcibə Məlikova, Ətayə Əliyeva, Səməndər Rzayev və s. Ruhları şad olsun!
Avtobus yenə solu tutur - Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsiylə uzun bir yol başlayır. Başqaları üçün bəlkə də yeknəsəq görünəcək bu dolanbacları, dar dalanları, köhnə evləri su kimi içmək istəyirəm. Yuxularımın daha bir məskəninə yaxınlaşıram - Muxtarov küçəsini kəsən Tolstoy küçəsinin sağındakı dalan mənim tələbəlik illərimin xatirələrini yaşadır. Heç nə dəyişməyib, ölməz-itməz dalan eləcə də durur. Dəyişən adamlardır! Məni Bakıda ən üzən cəhətlərdən biri də budur. Şəhərdə saatlarla gəzə bilərəm, heç bir tanışa rastlaşmaram. Gəncliyimin Bakısı belə deyildi! Hər tindən bir tanış, bir dost boylanardı!..
Yola davam...Nizami küçəsini keçirik, sağda Respublika Prokurorluğunun binası, solda bir vaxtlar BDU-nun jurnalistika fakültəsinin dekanlığının yerləşdiyi qədimi ev. Şirməmməd müəllimin dekanlıq dövrü yadıma düşür. Tələbəlik illərinin ayrı-ayrı epizodları könlümdən keçmək istərkən, sağ tərəfdə M.Qorki adına kitabxananın necə var eləcə durması kefimi açır. Solda şöhrətli 190 saylı məktəbdir - qızımın doğma məktəbi. Ancaq avtobus səs-küylə sağa dönür. Dayan! Gözəllər- gözəli Səadət Sarayının yanından belə saymazyana keçmək olar? Nikahımız burda kəsilib...Sarayın sahibi Murtuza Muxtarovu, xanımı Lizanı, həmişə olduğu kimi, min rəhmətlə anıb keçirəm. Təmirdən sonrakı taleyinin necə olacağı əndişəsiylə yola davam edirəm...
Böyükləri mühakimə etmirlər
Gəlib çatdıq Mirzə Fətəli bağçasına! İllərdir necə oturubsa, hələ də qalxmayıb. Belə fağır idin, o yazıq Mirzə Şəfini niyə yolundan eləyib düzlərə saldın. «Sən də riyakar, şarlatanmı olmaq istəyirsən?!». Bu sözləri deməsəydin, hər şey başqa cür ola bilərdi, Mirzə Fətəli! Amma dedin və böyük bir şairin həyat yolunu müəyyənləşdirdin. Ay Sevda! Böyükləri mühakimə etmirlər! Yola davam...(Bay, iki Mirzəni dəyişik saldım. Yanlış bu dəfə naxış olmadı)
Bu da uzun illər uçotunda dayandığım 2-ci poliklinika. Bir vaxtlar ünlü tarzən Hacı Məmmədovun baş həkimlik etdiyi şöhrətli poliklinika bir az kiçilmiş kimi görünür gözümə...Sola dönməyin vaxtıdır.
İnanın, bu yolu gözüyumulu gedərəm. Hər damı, hər daşı, hətta qoxusu (Bakının özünəməxsus iyi var) o qədər doğmadır ki, bir az görməyib təkrar görüşəndə gözlərim yaşarır...
Sola, Şeyx Şamil küçəsinə dönməyin vaxtıdır. Bu dəqiqə şəhərin ilk 7 mərtəbəsini - Mirzəbəyovun mülkünü görəcəyəm - ömür yoldaşımın uşaqlığını keçirdiyi evi. Solda onun oxuduğu, evimizdə hər zaman sayğıyla anılan 132 saylı məktəb olmalıdır. Sonra Qala divarlarının, Filarmoniyanın özünün, həm də bağının yanından ötüb, Azneft meydanına düşəcəyik...
Avtobus Bakıya dönmədi...
Dayan! Bu nədir? Bu nə yad mənzərədir? Avtobus sola dönüb, amma Bakıya dönməyib! Lap Vaqif Səmədoğlu demiş: «Bir axşam taksidən düşüb...payıza». Burda «İçərişəhər» metrosu olmalıdır, amma gör nə var? Ay Sevda! Bu lap təzəlikdə açılışını elə radionun canlı yayımından bəyan etdiyin «İçərişəhər» metrosudur! Niyə çaşıb qalmısan? Ayağa qalxıram. Otura bilmərəm. Bu nə yad mənzərə, nə yabançı tikili? Qala divarlarının yanında bu şüşə piramidanın nə işi var? Etiraz etmək istəyirəm, səsim çıxmır. Lap yuxularımda doğma mənzildə qonşu axtardığım kimi çarəsiz fırlanıram. Heç kəs məni eşitmir...Ürəyim parça-parça olur, lap şüşə kimi, sınıb düşür yerə. Şüşə ürək? Heç şüşə də ürək olar? Axı İçərişəhər Bakının ürəyidir...
«Bu bina arxitektura cinayətidir...»
Ancaq bir dəfə bağırdım...Aradan bir xeyli keçmişdi. Virtual məkana keçəndən gözəlim Bakını daha çox gəzmək imkanım yaranıb, axı. Bu dəfə Azneftdən üzü mərkəzə gəlirdim. Həmin marşrutla. Avtobusdakı bir xanım səsimə səs verdi. Rəssam olduğunu söyləyən xanım bu şüşə piramidanın eynisini Luvrda gördüyünü, onu uçurmaq lazım gələcəyini dilə gətirdi. İnanın, bir az sonra bu sözləri Almaniyanın «Bauvelt» arxitektura jurnalının baş redaktoru Feliks Zvochun eynilə təkrar etdiyini eşidəndə təəccübləndim: «Bu, mənim uçurmaq istədiyim ilk layihə olardı. Şəhər bundan qazanar...bu bina özlüyündə arxitektura cinayətidir».
Yetər! Artıq yetər! Biz, şəhər sakinləri niyə hər şeydən hər şey olub bitəndən sonra xəbər tutmalıyıq? Günahımız nədir? Bəlkə şəhərimizi gərəyincə sevmirik? Bəlkə Bakıya nəğmələr deyən, şeirlər yazan, şəninə min tərif söyləyən babalar çoxdan ölüb gedib ondandır? Bəlkə onların yerində acgöz, öz xeyrini güdən, istifadəcil adamlar yaşayır, o səbəbdəndir? Bəlkə Bakıda şəhərin ən böyük abidəsi olan bakılılar yoxdur, ona görədir? Bəs nədəndir? Sizcə nədəndir?..
P.S. İki il öncə «Can Bakı» proqramının reportyoru Fərəh Sabirqızı ABŞ-ın Sinsinatti şəhərinə şəhərsalma özəllikləriylə bağlı düzənlənən səfərə getmişdi. Fərəhin dediyinə görə, orada şəhər şurasının iclasları açıq olur. Əvvəlcədən şəhərdə elanlar asılır ki, filan tarixdə, filan məsələylə bağlı şəhər sovetinin iclası olacaq. Kim istəsə qatıla bilər. Onlar orada olanda şəhər stadionunun yanında olan böyük bir ərazidə nə tikmək məsələsi müzakirə olunurmuş. Düz iki il imiş ki, bir qərara gələ bilmirlərmiş. Bizimkilərdən də soruşublar ki, siz nə təklif edirsiniz? Ticarət mərkəzi deyənlər də olub. Və amerikalıların necə reaksiya verdiklərini təsəvvürünüzə gətirin! Axırda, elə öz dilimizdə, öz aralarında zarafatla bu qərara gəliblər ki, ən yaxşısı Filankəsi bura mer gətirməkdir. İki il də müzakirə olar?..