Ermənistan yeni AES tikir

Ermənistan Metsamor atom elektrik stansiyasının yerinə yeni bu cür stansiya tikməyi planlaşdırır.

Enerji və Təbii Ehtiyatlar naziri Armen Movsisyan “Azadlıq” radiosuna bildirib ki, 5 milyard dollara başa gələcək stansiya köhnəsinin gücünü iki dəfəyə qədər artıracaq.

Yerevanın 30 kilometrliyində yerləşən Metsamro AES sovet hakimiyyəti zamanı tikilib. Hazırda Ermənistanın enerji ehtiyacının 40%-ni təmin edir.

Nazirin dediyinə görə tikintinin gələn ilin sonu və ya 2011-ci ilin əvvəlində başlaması gözlənir. Metsamor AES-nin isə 2017-ci ildə sökülməsi planlaşdırılır.