Bu il son zəng yalnız hər bir məktəbin ərazisində və yalnız 3 saat keçiriləcək.
Bu barədə Təhsil nazir Misir Mərdanov mayın 18-də əmr verib.
Nazir bu əmri şagirdlərin təhlükəsizliyini qorumaq məqsədilə imzalayıb.
Mayın 19-da isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin son zəng tədbirlərinin keçirilməsi ilə bağlı əmr verib. İdarənin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı «Azadlıq» radiosuna bildirib ki, son zəng tədbiri mayın 30-da səhər saat 10.00-dan başlayaraq üç saat müddətində yalnız məktəbin ərazisində keçirilə bilər.
«Valideyn iclaslarında valideynlərin nəzərinə çatdırılır ki, məktəbdən kənarda keçirilən tədbirlərdə baş verən hər hansı hadisə ilə bağlı biz məsuliyyət daşımayacağıq»-, deyə Z.Əliqızı bildirib.
2008-2009-cu tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirəcək.