Amerika generalının Bakıya səfəri başa çatıb

ABŞ Avropa Komandanlığının Komandanı general Bantz Kraddok mayın 21-də Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, daha sonra isə prezident İlham Əliyevlə görüşüb.

Tərəflər təhlükəsizliklə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

General Kraddokun Bakıya ikigünlük səfəri artıq başa çatıb.