ABŞ raketdən müdafiə sistemi planından vaz keçməyib

Amerika hələ də Polşada Patriot raket hissəsini yerləşdirməyi planlaşdırır. Dövlət Departamentinin sözçüsü Yan Kelly deyib ki, prezident Obama ötən il imzalanan təhlükəsizlik razılaşmasının müddəalarının yerinə yetirməyin tərəfdarıdır.

Obama administrasiyası bəyan edib ki, Polşa və Çexiyada raketdən müdafiə sistemi yerləşdirmək planı nəzərdən keçirilir.

Bu arada Raketdən Müdafiə Agentliyinin direktoru Patrik O'Reilly mayın 21-də Konqresdə dinləmələr zamanı deyib ki, amnistrasiya layihəni dəstəkləyir.