Donuz qripi Rusiyada da tapıldı

Donuz qripi Rusiyada da tapıldı.

Ölkənin baş epidemioloqu Gennadi Onişşenko İnterfaks agentliyinə bildirib ki, xəstəlik - Amerikada işlədikdən sonra Rusiyaya qayıtmış bir şəxsdə tapılıb.

Adı açıqlanmayan həmin şəxsin vəziyyəti – Onişşünkonun deməsinə görə, qənaətbəxşdir və onun qohumlarında xəstəlik tapılmayıb.