Səfir məscidlərin bağlanması barədə məlumatlara aydınlıq gətirdi

Hulusi Kılıç
«Azərbaycandakı Türk məscidləri bağlanmayıb».

Bunu «APA»ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

H. Kılıç «Bu məscidlərdə Cümə namazı qılınıb» söyləyib:

«İndiki anda məscidlər açıqdır. Təəssüf ki, belə xəbərlər dolaşır. Biz də bu xəbərlərdən üzülürük. Yanlış xəbərlərdir. Təəssüf ki, belə məlumatlar mətbuatda da yer alır».

Səfir Türk məscidlərinin Azərbaycanda 15 ildir fəaliyyət göstərdiyini də xatırladıb:

«Bu məscidlər 15 ildir fəaliyyət göstərirsə, xalq da ora gedirsə, deməli, həmin məscidlərə sərəncamı da xalq verib».