Mayın 28-də əfv fərmanı imzalanmayacaq. Bu barədə «ANS»ə Prezident Yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub məlumat verib. O bildirib ki, buna səbəb amnistiya aktının icrası prosesinin başa çatmamasıdır: «Martın 17-də Milli Məclis amnistiya aktı qəbul edib və həmin aktın icrası davam edir. Məhkumların əfv olunması məsələsinə yalnız amnistiya aktının icrası başa çatandan sonra baxıla bilər». 17 mart 2009-cu il tarixdə qüvvəyə minmiş amnistiya aktının icrası 16 iyun 2009-cu il tarixdə başa çatacaq. 1994-cü ildən 2003-cü ilədək Heydər Əliyev 32, 2004-cü ildən indiyədək isə prezident İlham Əliyev 13 əfv fərmanı imzalayıb. Ümumilikdə 4858 məhkum əfv edilib. |