Ermənilər yenə də Ağdamda yanğın törədiblər

Ermənistanın silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər.

ANS-in Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilər mayın 22-si axşam saatlarında Ağdamın işğal altında olan Novruzlu kəndinin ərazisinə od vurublar.

Bu, təmas xəttinin bir neçə addımlığında yerləşən Ağdamın çəmənli kəndindən də müşahidə olunub.