BMT-nin baş katibi Ban Ki-moon Şiri-Lankaya gedib

Səfərdə məqsəd minlərlə qaçqına hümanitar yardımı tezləşdirməkdir.

Ban Ki-moon ölkə prezidenti Mahinda Rajapaksayla görüşəcək, qaçqın düşərgələrinə baş çəkəcək.

Bu yaxınlarda Şiri-Lankanın hökumət qoşunlarıyla Tamil separatçıları arasında getmiş döyüşlərə görə minlərlə adam ev-eşiyindən didərgin düşüb.

Şiri-Lanka hökuməti ötən həftə separatçılar üzərində tam qələbə çalındığını bəyan edib.