Küveytdə 18 Amerika əsgərində H1N1 virusu aşkar edilib

Amerikanın Küveytdəki hərbi bazasında, 18 əsgərdə H1N1 virusu aşkar edilib.

Yerli hakimiyyətin məlumatına görə əsgərlər yerli əhaliylə təmasda olmayıb və artıq ölkəni tərk ediblər.

Əsgərlərin bu virusa harda yoluxması hələlik məlum deyil.

Ümumilikdə dünyada bu virusa 12 mindən artıq adam tutulub , bunlardan 86-sı ölümlə nəticələnib.

Ötən gün Avstraliya,Çin və Filippində yeni hallar qeydə alınıb.