Mərakeşdə basabasda 11 adam ölüb

Mərakeşin paytaxtı Rabatda konsert vaxtı basabasda azı 11 adam ölüb, 40-a yaxın adamsa yaralanıb.

İnformasiya agentliklərinin məlumatına görə konserdə 70 minə yaxın adam yığışıbmış.

Polisin məlumatına görə ölənlərdən beşi qadın, dördü kişi, ikisi isə uşaqdır.