BMT, ABŞ, Avropa Birliyi, Çin, Rusiya və Yaponiya Şimali Koreyanın nüvə silahı və ballistik raket sınaqdan keçirməsini pisləyiblər. Mayın 25-də BMT Təhlükəsizlik Şurasının təcili iclasında Şimali Koreyanın nüvə sınağı müzakirəyə çıxarılacaq.
Şimali Koreya Dövlət Televiziyasının xəbərinə görə, mayın 25-də atom bombası yeraltı poliqonda uğurla sınaqdan keçirilib. Rusiyanın Müdafiə nazirliyinin məlumatına görə, partlayışın gücü 10-20 kiloton arasında olub. Bu 2006-cı ildəki ilk sınaq zamanı qeydə alınan partlayışdan daha güclü olub.
MAyın 25-də Cənubi Koreya mənbərləri isə xəbər yayıblar ki, Şimali Koreya nüvə sınağından sonra 2-3 qısa mənzili raketi də sınaqdan keçirib.