Bu gün küçəyə çıxanlar şəhərdə uçan zir-zibillə, göyə sovrulan qum axınıyla üz-üzə qalıblar. Bakının mayın 25-dəki güclü küləkli havasına toz-dumanın da qarışması adamları lap çaş-baş salıb. Sakinlər hər addımda təzə tikililərin ətrafından, təmirə dayanan saysız köhnə binalardan burulan qum, xırda daş-kəsəkdən necə qorunacağını bilmirdi:
«BU GÜN DƏSMAL ƏLİMDƏN DÜŞMƏYİB»
«İşə çatana qədər üst-başım toz-torpaq içində oldu. Avtobuslarımız da nə gündə, elə bil qum tayasına girisən. Gözlərimə də toz dolub, yaş içindədir. Bu gün dəsmal əlimdən düşməyib».
Paytaxt sakini Xalid Əliyev gözlərini ova-ova deyir ki, deyəsən gözünə görə həkimə müraciət etməli olacaq.
Güclü külək üstünə örtük çəkilməyən tikinti şirkətlərinin həyətindəki qum tayalarını göyə sovurur. Daldalanmağa yer axtaran adamlarsa toz-torpağa qoşulub getməkdən başqa əlac görmürdülər:
«Bu toz-torpaqdan nəfəs ala bilmirik. Bakı küləkli şəhərdir, ancaq tikintilər qaydalara əməl eləsələr, lap bu günə də düşməzdik». Bunu toz-dumanlı küləkdən qorunmağa çalışan Elnur Vəliyev deyir.
HAVA ZİBİL MƏNBƏYİNƏ ÇEVRİLİB
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov bu gün şəhərdə müşahidə aparıb. Deyir ki, küləkli fırtına tikintilərin çoxunun hasarını qırıb-töküb. Bu da havanı zibil mənbəyinə çevirib:
«Tikinti şirkətləri belə fırtınaları nəzərə almalıdırlar. Tozanaq hər yeri bürüyüb. Şəhərin çox yerində camaat gözünü aça bilmir. Torpaqdakı çirkli, toksigen maddələr insanın gözünə, bədəninə düşəndə xəstəliyə düçar ola bilər. Açıq saxlanan tikinti yerləri çox vaxt nə ekoloqların, nə də onlara nəzarət edən aidiyyatı orqanların rəylərini nəzərə almırlar. Onlar cərimələnmədikcə, ətraf mühit də, camaat da əziyyət çəkəcək».
Z.Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun infeksion və buynuz qişanın cərrahiyyəsi şöbəsinin müdir əvəzi Minarə Quliyeva deyir ki, tozlu-küləkli havalarda onlara müraciət edənlərin sayı çoxalır:
HƏKİM UŞAQLARIN ÇÖLƏ ÇIXMAMASINI MƏSLƏHƏT GÖRÜR
«Belə tozlu havada daş qırıntısı, yarpaq, tozla qalxan hər bir şey gözə düşəndə buynuz qişada və ya göz almasında qalmaqla adamlarda narahatlıq yaradır. Gözü açıb-bağlayanda ağrı, yaş axma, qızarmalar olur. Toz-torpaqla gözə infeksiyalar, virus infeksiyası, adinavirus düşə bilər».
Həkim deyir ki, göz xəstəliklərindən əziyyət çəkənlərdə bu daha artıq problem yarada bilər. Minarə Quliyeva bildirir ki, şəhərdəki tikililərin yaratdığı toz-torpaq onlara müraciət edənlərin sayını da birə-beş artırıb:
«Gözə yad cisimlərin düşməsiylə bağlı müraciət edənlərin sayı həddindən artıq çoxalıb. Bunlar əsasən bakterial, virus mənşəli konyuktivitlərdir. Əvvəllər gün ərzində bir-iki müraciətlər olurdusa, indi belə müraciətlərin sayın bir gündə 6-7-yə çatıb».
Həkim məsləhət görür ki, bu cür havada böyüklər eynək taxsınlar, uşaqları isə çölə çıxarmasınlar.
Bəs siz, küləkli Bakının toz-dumanından qoruna bilirsinizmi?