Dünya üzrə ölkələrin kredit reytinqini öyrənən təşkilatlar Böyük Britaniya haqqında bədbin hesabatlar verirlər. «Standard & Poor», «Moods», «FITCH» kimi beynəlxalq reytinq agentlikləri ölkələrin sərmayələr üçün nə qədər yaxşı mühitə malik olduğunu dəyərləndirərək onlara müxtəlif reytinq verirlər. Uzun müddət «Standard & Poor» təşkilatının siyahısında ən yüksək yeri tutmuş Britaniya indi mövqeyini itirmək təhlükəsi ilə üzləşib. «Standard & Poor» ötən həftə yaydığı məlumatında bunun səbəbini Britaniyanın həddən artıq borclanması ilə izah edir.
Təşkilatın məlumatına görə, Britaniyanın dövlət borcu qəfildən çoxalaraq ölkənin illik iqtisadi gəliri səviyyəsinə çatıb. İndi təhlilçilər bu xəbərdən sonra Britaniya və ABŞ-da maliyyə bazarlarının silkələnəcəyini gözləyirlər.
Beynəlxalq maliyyə böhranına görə bu ilin əvvəlində ilk dəfə İspaniya və İrlandiya öz yüksək reytinqini əldən vermişdi. İndi bəzi mütəxəssislər sırada ABŞ-ın gəldiyini düşünürlər.
Londondakı «ECU Group» adlı maliyyə şirkətinin baş iqtisadçısı Neil Makinin hesab edir ki, bazara iri məbləğdə yardımlarına baxmayaraq, ABŞ kredit reytinqinə görə, daha dözümsüzdür. O, 1917-ci ildən bəri ən yüksək reytinqə sahib olan ABŞ-ın indiki vəziyyətini bu cür izah edir:
- Son illər Amerika xarici investisiyadan daha çox asılı olub. Doğrudur, amerikalılar xərcləyən adamlardır, pul toplayan yox. Amma bu amil aldadıcı ola bilər. İndi ABŞ-ın ən zəif yeri xarici sərmayələrdən asılılığıdır. Ümumilikdə, çox borclanma iqtisadiyyatın inkişafında yaxşı xəbər deyil.
Amma Ağ Evdə hələlik bu narahatlıqları bölüşmürlər. Ağ Evin mətbuat katibi Robert Qibbs mayın 22-də jurnalistlərin bu mövzuda sualına belə cavab verib:
- Yox, biz kredit reytinqimizin dəyişə biləcəyindən narahat deyilik. Prezidentin gördüyü tədbirlər iş yerlərinin açılmasına, iqtisadiyyatın yenidən dirçəlməsinə kömək edəcək. Ona görə prezident qarşıdakı dörd ildə büdcə kəsirinin iki dəfə azaldılmasına dair planlar üçün lazım olan büdcəni Konqresin təsdiqləməsini alqışlayır.
Amma rəsmilərdən fərqli olaraq Birləşmiş Ştatlarda ölkənin kredit reytinqinin ciddi təhlükə qarşısında olduğunu deyən ekspertlər çoxdur. Mayın əvvəlində ABŞ-ın iqtisadiyyat sahəsində çalışmış keçmiş yüksək rütbəli məmurlarından olan David Volker bu barədə ayrıca xəbərdarlıqla çıxış etmişdi.
Şərhinizi yazın.