Ukrayna prezidenti Viktor Yuşenko hökumətin büdcə siyasətini “yarıtmaz” adlandırıb. Prezident hesab edir ki, 2009-cu ilin birinci rübündə iqtisadiyyatın azı 20% düşdüyü məlum olacaq.
Mayın 26-da kiçik və orta bines qurumlarının rəhbərləri ilə görüşündə Yuşenko bildirib ki, Dünya Bankı Ukraynada biznes qurmağın asan olduğunu qeyd edirdi. İndi isə bu sahədə irəli getmək əvəzinə, vəziyyət pisləşib.
İqtisadi təhlilçi Vasil Yurçişin hesab edir ki, iqtisadiyyatın enişi hətta prezidentin dediyi 20%-dən də çox ola bilər. Onun dediyinə görə Ukrayna iqtisadiyyatının qabaqcıl sahələrindən olan ağır sənaye bu ilin birinci rübündə 32% düşüb.