Iraqda yenidənqurma işlərinə çəkilən xərclər yoxlanacaq

ABŞ və İraqdan olan birgə auditorlar İraqda yenidənqurma sahələrinə ayrılan pulun necə xərcləndiyini yoxlayacaq.

İraqda bərpa işləri üzrə müfəttiş Stuart Boven bildirib ki, 2005-ci ildə İraqın inkişafına dair fondlarda əliəyriliklər barədə məlumatlardan sonra ABŞ-dan yoxlamalar üçün mütəxəssislər göndərilib.