Dünyanın nəzərləri Romada

2007-2008-ci il mövsümünün final oyunu – «Mançester Yunayted» – «Çelsi», Moskva, 21 may 2008

Mayın 27-i gecə bütün dünya futbol üzrə Avropa Çempionlar Liqasının finalını izləyəcək. «Manchester United» (İngiltərə) və «Barselona» (İspaniya) Romada ÇL-in qalibini müəyyənləşdirəcəklər. İngilis klubu 4-cü, ispan klubu isə 3-cü mükafatını qazanmaq iddiasındadır.

«Barselona»nın məşqçisi Pep Qvardiola deyir ki, finalda həmişə ya hər şey, ya da heç nə elementi olur:

«Biz bütün mövsüm boyu etdiyimizi orda da göstərməliyik. Biz buna cəhd edəcəyik».

«Manchester United»in baş məşqçisi Aleks Ferqyuson isə bildirib ki, onların qələbə şansı var:

«Bu, mənim klub tarixində həmişə təkrarladığım sözlərdir - bizim Avropada özümüzü yaxşı göstərmək üçün zamanımız var. Biz bunu təsdiq edəcəyik».