Əfqanıstanda rayon rəhbəri və onun 3 oğlu öldürülüb

Əfqanıstanda yaraqlılar Omna rayonunun rəhbəri Məhəmməd Nadir və onun 3 oğlunu qətlə yetiriblər.

Daxili işlər nazirliyinin məlumatına görə Məhəmməd Nadir evinə gedərkən Host əyalətində onun maşınına hücum edilib.

Bu əyalət Pakistan sərhəddinin yaxınlığında yerləşir.

Hakim dairələr hesab edir ki, hücumun arxasında talibançılar durur.