Minsk qrupu həmsədrləri Bakıdadırlar

Həmsədrlərin birlikdə sonuncu mətbuat konfransı. Praqa, 7 may 2009

ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov mayın 29-na keçən gecə Bakıya gəliblər.

ANS televiziyasının məlumatına görə, Azərbaycan paytaxtına Yerevandan gələn həmsədrlər mayın 29-da ölkə rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr aparacaqlar.

Həmsədrlər hava limanında jurnalistlərə bildiriblər ki, Ermənistan paytaxtında prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyuna planlaşdırılan Sankt-Peterburq görüşü ərəfəsindəki vəziyyəti müzakirə ediblər, xarici işlər naziri Edvard Nalbandyanla danışıq aparıblar.