Şimali Koreya son 5 gündə 6-cı raket sınağını keçirib

Şimali Koreya bu gün növbəti raket sınağı keçirib. Bu, bazar erytəsindən bəri 6-cı raket sınağıdır.
Şimali Koreya bundan bir az əvvəl isə bildirdi ki, BMT-nin Təhlükəsizlik Şurası ona qarşı sanksiyalar qoysa, Şimali Koreya özünü müdafiə üçün lazımı addımlar atacaq.
Şimali Koreya 1953-cü il müharibədən sonrakı müqaviləni də qüvvədən düşmüş elan eləyir və bildirir ki, Cənubi Koreyanı raket atəşinə tutacaq.
Regiondakı Amerika və Cənubi Koreya qoşunları ən yüksək həyəcan vəziyyətinə gətirilib.