İqlim dəyişikliyi ildə 315 min adam öldürür

İqlim dəyişikliyi aclıqdan, xəstəlikdən , təbii fəlakətlərdən ildə 315 min adamın ölümünə səbəb olur.
Bu, Qlobal Humanitar Forum adlı təşkilatın yeni hesabatının gəldiyi nəticədir.
Dünya iqtisadiyyatı iqlim dəyişikliyindən ildə 125 milyard dollar itirir.
2030-cu ilə iqtisadi itkilər ildə 340 milyard dollara çatacaq.