Cənubi Osetiyada müxalifət parlament seçkilərinə buraxılmır

Yalnız Rusiya və Nikaraqua tərəfindən müstəqilliyi tanınan Cənubi Osetiyada bazar günü keçirilməli parlament seçkilərinə müxalifət partiyaları buraxılmayıb.

Seçkilərdə 4 partiya iştirak etmək istəyirdi, ancaq yalnız Cənubi Osetiya liderinə loyal olan partiyalara seçkidə iştiraka icazə verilib.

Müxalifət deyir ki, Cənubi Osetiyaya Rusiyanın verdiyi pulları Cənubi Osetiya lideri Eduard Kokoytı mənimsəyir.