Türkmənistanın daxili işlər naziri işdən çıxarılıb

Türkmənistanın daxili işlər naziri Orazgeldi Amanmuradov istefaya göndərilib.

Onun yerinə vilayətlərdən birinin polis rəisi olmuş İsgəndər Mulikov təyin edilib.

Ölkə prezidenti Qurbankulu Berdımuxammedov məsələyə aydınlıq gətirərkən ölkədə cinayyətkarlığın artdığını və bunun çoxunun nazirliyin əməkdaşları tərəfindən törədildiyini deyib.