«Titanik» gəmisinin son sərnişini dünyasını dəyişib


«Titanik» gəmisinin son sərnişini Milvina Din 97 yaşında dünyasını dəyişib

1912-ci ildə gəmi batanda Milvina Din 2 aylıq körpə olub. Onun ailəsi ABŞ-a Kanzas ştatına mühacirət edirmiş. Onu kisəyə qoyaraq gəmidən çıxarıblar.

Milvina Dinin anası və qardaşı da xilas ola bilib. Lakin atası gəminin batan 1500 sakinindən biri olub.