Cənubi Osetiyada seçkilərdə hakim «Birlik» partiyası irəlilədir

Cənubi Osetiyada parlament seçkilərində hakim «Birlik» partiyası irəlilədir. bu partiya səslərin 45 faizini yığıb. Verilən məlumata görə iyunun 1-i saat 3-dək seçki komissiyasında protokolların 88 faizi hazır olub.

İkinci yerdə 23 faizlə «Kommunist» partiyası, üçüncüdə 22 faiz səslə «Xalq» partiyası, daha sonra 7 faiz səslə «Vətən» partiyası gəlir. Parlamentə 7 faizdən çox səs toplamış partiyalar keçə bilərlər.

Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyada parlament seçkiləri mayın 31-i keçirilib.
Rusiyanın onun müstəqilliyini tanımasından sonra bu Cənubi Osetiyada ilk parlament seçkiləri idi.

Rusiya ötən ilin avqustunda Gürcüstanla müharibədən sonra Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıdı.