İlkin nəticələrə görə, Yerevandakı mer seçkilərində hakim partiya qalib gəlir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, paytaxt bələdiyyəsinə keçirilən seçkilərdə səslərin əksəriyyəti sayılıb. Bu nəticlərə görə, hakim Respublika partiyası səslərin 46 faizini qazanıb, bu isə hakim partiyanın namizədi Qadik Beqlaryanın Yerevan meri seçilməsinə kifayət edir. İqtidaryönlü koalisiyanın digər üzvü, Çiçəklənən Ermənistan partiyası səslərin 22 faizini qazanıb.
Eks-prezident Levon Ter Petrosyanın rəhbərlik elədiyi müxalifətdəki Ermənistan Milli Konqresi 17 faizlə ancaq 3-cü ola bilib.
Avropa Şurası müşahidə missiyasının rəhbəri Nigel Mermagen deyib ki, budəfəki seçkidə bəzi pozuntular qeydə alınsa da, sümumilikdə seçkilər irəliyə doğru atılmış addım olub.
Ermənistanda müxalif «Ermənistan Milli Konqresi» partiyasının iyunun 1-i Yerevanda mitinq keçirəcəyi gözlənilir. Mitinqdə partiyanın lideri, ölkədə keçirilən şəhər meriyası uğrunda seçkilərdə namizəd, sabiq prezident Levon Ter Petrosyan seçki zamanı baş vermiş pozuntuları təqdim edəcək.