Prezident həqiqi hərbi xidmətə çağırılma fərmanı imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Aərmana əsasən, 1991-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2009-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

«Hərbi xidmət haqqında» qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2009-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.