Qazaxıstnda uran itkisindən narahatlıq var

Iyunun 2-də Qazaxıstan rəsmiləri bildiriblər ki, bütün qiymətli metal satışlarına yenidən baxılacaq. Bundan bir qədər əvvəl ölkənin metal sənayesinin əsas fiqurlarından biri uran ehtiyatlarından satmaqda ittiham edilmişdi.

Dövlət uran şirkətinin – Qazatompromun direktoru Muxtar Cakişevi bu həftə Milli Təhlükəsizlik Komitəsi Qazaxıstanın uran ahtiyatlarının 60%-ə qanunsuz nəzarət etməkdə ittiham edirdi.