Prezident Obama Yaxın Şərqə səfərə hazırlaşır

ABŞ prezidenti Barak Obama iyunun 3-də Yaxın Şərqə özünün ilk səfərinə hazırlaşır. O, əvvəlcə Səudiyyə Ərəbistanına uçub kral Abdulla ilə görüşəcək. Kral Abdulla 2002-ci ildə təşəbbüs göstərdiyi İsraillə sülh prosesini yenidən canlandırmağa çalışır.

Barak Obama Səudiyyə Ərəbistanından sonra da misirə gedib prezident Hüsni Mübarəklə görüşəcək. Qahirədə prezidentin islam dünyasına çoxdan gözlənən müraciətini edəcəyi gözlənir.