Braziliyada təyyarə qəzasından ölənlərin xatirəsinə matəm elan edib

Braziliya hökuməti Air Frans şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib. Təyyarədə 32 ölkədən olan 228 nəfər olub. Sərnişinlərin əksəriyyəti fransızlar və braziliyalılar idi.

Braziliyanın hərbi hava qüvvələri Atlantik Okeanda təyyarə qalıqlarını iyunun 2-i tapıblar. Hava qüvvələrinin sözçüsü kiçik qalıqların Braziliyadan 650 kilometr şimalda tapıldığını deyir. Ekspertlərin sözlərinə görə təyyarənin bütün sərnişinləri həlak olublar.

İyunun 1-də Braziliyadan Fransaya uçan təyyarənin Atlantik okeana duşduyu guman edilir. Təyyarənin elektron mexanizmlərinin ildırım vurmasından sıradan çıxdığı ehtimal edilir. Amma hələlik dəqiq səbəb məlum deyil.