İyunun 2-də saat 14.00 radələrində Gədəbəy sakini otardığı qoyunlarla birlikdə Ermənistana tərəf keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Xəbərdə bildirilir ki, Gədəbəy rayonundakı «Ağdaş» adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənov kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən erməni millətindən olan 2 nəfərlə qarşılaşıb. Həmin şəxslər kənd sakinini ov tüfəngi ilə hədələyərək qoyunlarla birlikdə Ermənistana aparıblar.
Sonradan İsrafil Həsənovu buraxıblar, qoyunları isə saxlayıblar.
Faktla bağlı araşdırmalar aparılır.