İranda prezidentliyə namizədlərin teledebatı olmalıdı

Bu gün İranda prezidentliyə namizədlər-indiki prezident Mahmud Əhmədinejadla keçmiş baş nazir Mir Hüseyin Musavi arasında teledebat olmalıdır.

Namizədlərin hər ikisi seçkinin birinci mərhələsində qələbəyə ümidlə yanaşaırlar.

Əgər namizədlərin heç biri lazım olan 50 faizdən artıq səsi toplaya bilməsə, iyunun 19-da təkrar seçkilər keçiriləcək.

İranda prezident seçkiləri iyunun 12-də olacaq.

Prezidentliyə digər namizədlər, parlamentin keçmiş sədri Mehdi Karrubiylə İran İnqilab Qvardiyasının keçmiş komandanı Möhsün Rzai isə teledebata dünən çıxıblar.