Şimali Koreyaya qarşı iqtisadi embarqo tətbiq olunmamalıdı

Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınağıyla bağlı qətnaməsinə iqtisadi embarqo salınmamalıdır.

Bunu Rusiyanın BMT-ki elçisi Vitali Çurkin deyib.

Çurkin hesab edir ki, bu problem BMT-nin qətnaməsiylə yox, diplomatik yolla həll olunmalıdır.

Şimali Koreya mayın 25-də nüvə sınağı keçirdiyinə görə BMT-nin təhlükəsizlik şurasının üzvləri ona qarşı yeni qətnamə layihəsni müzakirə edirlər.