Bayram Səfərov Qarabağın azərbaycanlı icmasının rəhbəri seçildi

Bayram Səfərov

Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin adı dəyişdirilib, qurum Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb.

İcmanın yeni nizamnaməsi qəbul olunub. Birliyin 22 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərlik Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov İdarə Heyətinin sədri seçilib.

B.Səfərov sədrliyə yeganə namizəd olub, qurultay nümayəndələri onun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Opera və Balet Teatrında iyunun 5-də keçirilən qurultay 1992-ci ildən fəaliyyət göstərən Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayıdır.