Bakıya gətirilən yeni avtobusların marşrut sxemi iyunun 10-da dəqiqləşdiriləcək. Bunu «Azadlıq» radiosuna Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib:
«Bu ilin sonuna qədər bu məsələnin tam həll ediləcəyi gözlənilir. Keçən il Bakıya iri və orta tutumlu 1600-ə yaxın avtobus gətirilib. Bu ilin əvvəlində 41, iki gün öncə 222 avtobus gətirilib. 200-300 avtobus da gəlsə, ilin sonunadək işlər tamamlana bilər».
N.Həsənovun sözlərinə görə, köhnə avtobuslar ehtiyac olduqda marşrut xətlərində istifadə ediləcək.