Fransa Atlantik okeanına sualtı qayıq göndərib

Fransa Atlantik okeanınına – Air France şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya düşdüyü güman edilən əraziyə atom sualtı qayığı göndərib.

Qayıqda olan avadanlıq təyyarədəki qara yeşiyin tapılmasına gömək etməlidir.

Ötən bazar ertəsi qəzaya düşmüş təyyarədə 228 sərnişin olub.

Təyyarə Braziliyadan Fransaya uçurmuş.

Təyyarənin qalıqları hələ tapılmayıb.