Əfqanıstanda 4 adam ölüb

Əfqanıstanın cənubunda-Spin Boldak şəhərində törədilmiş partlayışda 4 adam ölüb, 8 nəfərsə yaralanıb.

İntiharçı minalanmış motosikleti avtobus dayanacağı və restoranın yanında partladıb.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Hakim dairələr hesab edir ki, bu hücumun arxasında talibançılar durur.