«2001-ci il 11 sentyabr hadisələrindən sonrakı aylar və illər ərzində prezident Buş çıxış edəndə bizə çox vaxt elə gəlirdi ki, Amerika bizim tanıdığımız Amerika deyil. Onun ABŞ haqqında baxışları qorxu və intiqam hissi ilə dolu idi. Lakin Qahirədə Obamanın çıxışına qulaq asanda biz anladiq ki, Amerika elə tanıdığımız Amerikadır».
«Nyu York Times» qəzetində dərc olunmuş «Qahirə çıxışı» adlı yazıda belə deyilir.
«OBAMA O QƏDƏR AÇIQ DANIŞDI Kİ…»
Məqalədə bildirilir ki, Obama ölkəsinin təhlükəsizliyi və dəyərləri naminə çox qəti şəkildə çıxış etdi. O, «Əl-Qaida» və «Taliban»dan qorunmaq üçün lazım olan hər şeyi edə biləcəyi ilə bağlı heç bur şübhə yeri qoymadı. Eyni zamanda, ABŞ-ın Əfqanıstan və İraqı işğal etmə arzuzunda olmadığına da aydınlıq gətirdi:
«Obama aydın şəkildə ABŞ-ın İsraillə qırılmayan öhdəliyi olduğunu xatırlatdı və İranın niyə nüvə silahına malik olmamalı olduğunu açıqladı. O qədər açıq danışdı ki, ona qulaq asan müsəlman dünyası və İsrail bundan sonra ekstremizmdən qorunmaq və öz qonşuluqlarında yerləşən xalqlara hörmət etmək üçün indi daha çox çalışmalıdırlar».
Yazıda deyilir ki, sözlər vacib amillərdir. Obama özəl danışıqlar aparan liderləri fikirlərini ictimaiyyətə çatdırmağa məcbur edəndə haqlı idi. Lakin sözlər vacib olsa da, heç də həmişə kifayət etmir. Altı aydır fəaliyyətə başlayan Barak Obama dediyi sözlərin üstündə durmaq üçün çox çalışmaldıır. Eləcə də onun kimi bir çox başqaları:
«Bir çox insanlar kimi, biz də Obamanın İsrail-Fələstin münaqişəsini necə şərh edəcəyini dinləyirdik. O, yeni İsrail hakimiyyətinə təkid etməkdən belə çəkinmədi. İsrailə bildirdi ki, yeni məskunlaşma dayandırılmalıdır. Fələstin hökumətinin mövcudluğu danıla bilməz və Fələstin xalqının vəziyyəti olduqca ağırdır. O, Fələstini də zorakılığa son qoymağa çağırdı və bildirdi ki, ərəb dövlətləri öz vətəndaşlarının diqqətini başqa problemlərdən yayındırmaq üçün münaqişədən istifadə etməməlidirlər. Onun sözlərinə görə, ərəb ölkələri İsrailin mövcudluğunu qəbul etməli və Fələstinə möhkəm dövlətçilik qurmaqda kömək etməlidir».
«BİR ŞEYİ UNUTDU»
Məqalədə bildirilir ki, Obama deyib ki, İranın nüvə proqramı Yaxın Şərq üçün təhlükə ola bilər. Prezident danışıqlara getmək istəyini bir daha xatırlatdı:
«Biz artıq Obamanın Rusiya, Çin və avropalıları dilə gətirməsini gözləyirik. Gözləyirik ki, o bu dövlətləri İranın öz rəftarını dəyişməsinə fikir bildirməyə necə razı salacaq. Cənab Obama İraqın Səddam Hüseynsiz daha yaxşı olduğunu deyəndə bir şeyi unutdu. O, ABŞ qoşunları çıxandan sonra İraqın qonşularını Bağdada kömək etməyə çağırmağı unutdu».
Qəzet yazır ki, prezidentə qulaq asan auditoriya onun demokratiya mövzusuna toxunacağını gözləyirdi. O, əlbəttə ki, keçmiş prezident Buş qədər hədə-qorxu tonunda danışmadı və qonaq olduğu ölkənin rəhbərində qıcıq yaratmadı. Lakin Obama «hakimiyyət gücü məcburən yox, razılıqla almalıdır» deyəndə heç də hamı onun kimə işarə vurduğunu başa düşmədi:
«Biz çox ümid edirik ki, o, Səudiyyə Ərəbistanında kral Abdulla və Hüsni Mübarəklə görüşəndə bunları birbaşa ifadə edib».
Bu çıxışdan əvvəl Obama təndiqçiləri şikayət edirdilər ki, prezident həddindən çox üzrxahlıq edir və bu da ölkəni zəiflədir:
«Hətta yaxın dostları belə ABŞ-a qarşı çıxaran səkkiz illik savaş və lovğalıqdan sonra keçmişin səhvini düzəltmək üçün güclü prezident olmaq lazımdır. Güclü prezident də dünyanı daha yaxşı məkan etməyə özünü məcbur etməlidir».